Daşkəsənda qanunsuz ov silahları MÜSADİRƏ EDİLDİ  

Daşkəsənda qanunsuz ov silahları MÜSADİRƏ EDİLDİ  

Hazırda oxunan: Daşkəsənda qanunsuz ov silahları MÜSADİRƏ EDİLDİ  

117190

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində rayon sakinləri Məzahir Məmmədov və Zaman Verdiyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Aşkar edilən müxtəlif marka və kalibrli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bununla da şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri tədbirlər ümumilikdə 8 ov silah və digər döyüş sursatları aşkarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO