76 yaşlı qadın pilləkəndən yıxılaraq dünyasını DƏYİŞDİ

76 yaşlı qadın pilləkəndən yıxılaraq dünyasını DƏYİŞDİ

Hazırda oxunan: 76 yaşlı qadın pilləkəndən yıxılaraq dünyasını DƏYİŞDİ

117008

İsmayıllıda bəxbəxt hadisə baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb.

Belə ki, rayonun Qalıncaq kənd sakini, 1947-ci il təvəllüdlü Baxışova Cavahir Araz qızı yaşadığı evin təxminən 2 metr hündürlüyü olan pilləkənindən həyətə düşərkən ehtiyatsızlıqdan yıxılıb.

Xəsarət alan 76 yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO