“Azərkosmos” ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “Azersky” peykindən əldə olunan təsvirlərlə su təsərrüfatı sahələrinin monitorinqi aparılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, ilkin mərhələdə uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü su kanalı monitorinq edilib. Proses zamanı müxtəlif dövrlərə aid peyk təsvirlərindən istifadə olunub. Peyk təsvirləri vasitəsilə kanal üzərindəki hidrotexniki qurğuların vəziyyəti qiymətləndirilib.
Kanalın ətraf ərazilərində təbii və antropogen amillərin təsiri nəticəsində baş verə biləcək dəyişikliklər analiz olunub, uyğun sxematik planlar hazırlanıb.
Qeyd edək ki, “Azersky” peyki vasitəsilə ölkə ərazisində su resursları davamlı olaraq izlənilir. Peyk təsvirlərinin monitorinq nəticələri əsasında su anbarlarının həcminin müəyyənləşdirilməsi, iqlim dəyişmələrinin göl və çayların su balansına təsiri, su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. “Azərkosmos”, həmçinin işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının səmərəli istifadəsi üçün bölgədəki su anbarları, dağ gölləri və çayları peyk təsvirləri ilə monitorinq edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:19 / 26.01.2023
“Azersky” peyki vasitəsilə su təsərrüfatı sahələrinin monitorinqi aparılır
Hazırda oxunan: “Azersky” peyki vasitəsilə su təsərrüfatı sahələrinin monitorinqi aparılır
Hazırda oxunan: “Azersky” peyki vasitəsilə su təsərrüfatı sahələrinin monitorinqi aparılır
116851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.