“Azərbaycanda cadunu pozmağı bacaran heç kəs yoxdur” – İlahiyyatçıdan ŞOK SÖZLƏR

“Azərbaycanda cadunu pozmağı bacaran heç kəs yoxdur” – İlahiyyatçıdan ŞOK SÖZLƏR

Hazırda oxunan: “Azərbaycanda cadunu pozmağı bacaran heç kəs yoxdur” – İlahiyyatçıdan ŞOK SÖZLƏR

116836

“Mən caduya inanmıram. Belə deyən insan avtomatik olaraq Allaha da inanmır, çünki Allah Quranda deyir ki, cadu var. Nəinki Quran, bütün səmavi dinlər cadu anlayışını qəbul edirlər. Buna şarlatanlıq, yalançılıq demək doğru deyil, çünki o boyda Quran, İncil, Tövrat, Zəbur cadu var deyirsə, bunu necə inkar etmək olar? Sən cadunu inkar edirsənsə, birbaşa Quranı inkar edirsən”. 

Bunu mətbuata açıqlamasında tanınmış ekstrasens Zirəddin Rzayev bildirib. Zirəddin bəyin bu açıqlamsı təbii ki, birmənalı qarşılanmayıb.

Cəmiyyətdə bu müxtəlif müzakirələrə yol açıb. Çünki, caduya və onun nəticələrinə toplum olaraq çoxları inanmır. Məhz buna görədir ki, insanlar gündəlik həyatlarında, arzu və diləklərində daha çox Allaha üz tuturlar. Çox az adam niyyətinə çatmaq üçün cadugarın yanına gedir.

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamsında o bildirdi ki, cadunun mövcudluğu islamda təsdiq olunur:

“Amma burda bir məsələ var. Biri var ki, cadunun olmasını qəbul edəsən, bir də var ki, cadunun uğuruna, nəticəsinə inanasan. Bəli Qurani-Kərim də cadunun olmasını deyir. Lakin heç kimə tövsiyyə edilmir ki, niyyətinə çatmaq üçün cadu elətdir. Yəni cadunun yaxşı bir şey olduğunu düşünmək küfrdür. Ona müsbət yanaşmaq insanı günaha batıra bilər. Tarixdə bir çox peyğəmbərlər caduya, sehrbazlığa qarşı mübarizə aparıb. İnsanlara tövsiyyə olunub ki, caduya,sehrbaza yox, Allaha üz tutun, Ondan mədət umun”.

İlahiyyatçı onu da qeyd etdi ki, islamda cadu ilə məşğul olmaq qadağandır:

“Cadugar yanına getmək günahdır. Amma cadunun olmasını inkar eləmək, demək ki, belə bir şey yoxdur, bu Qurani-Kərimi inkar etmək deməkdir. Çox təəssüf ki, bu gün cadunun olduğunu inkar edən bir çoxları, hətta tanınmış şəxslərin bir çoxu demək olar ki, hər gün cadugarın yanına gedir. Onlar nicatı Allahdan yox, cadugərdən istəyirlər”.

Turan İrfan bir məsələyə toxundu ki, cadunun məhvi, tilsimin pozulması elmi var:

“Amma bizim ölkəmizdə bu elmə sahib şəxslər yoxdur. Doğrudur bəzi adamlar yalandan deyirlər ki, mən cadunu pozuram. Yalan deyirlər. Əksinə onlar həm günah qazanırlar, həm də cadunu bir az da qəlizləşdirirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO