Goranboyda 47 yaşlı qadın avtomobildə qətlə yetirilib - YENİLƏNİB

Goranboyda 47 yaşlı qadın avtomobildə qətlə yetirilib - YENİLƏNİB

Hazırda oxunan: Goranboyda 47 yaşlı qadın avtomobildə qətlə yetirilib - YENİLƏNİB

116805

Goranboyda 47 yaşlı Sevinc Məmmədovanın qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Məlumata görə, Sevinc Məmmədova hadisəni törədən Atəş Ələkbərovla uzun illər qeyri-rəsmi birlikdə yaşayıb. Onların bir övladı da var. Qətl hadisəsi Atəş Ələkbərovun avtomobilində qeydə alınıb. O, üstündəki bıçaqla Sevinc Məmmədovanı öldürüb.

*** 15:25

Yanvarın 26-da saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO