Sabiq icra başçısının villasından 4 milyon manat oğurlanıb -  ŞOK OLAY

Sabiq icra başçısının villasından 4 milyon manat oğurlanıb - ŞOK OLAY

Hazırda oxunan: Sabiq icra başçısının villasından 4 milyon manat oğurlanıb - ŞOK OLAY

116727
Balakən və Şamaxı rayonlarının icra hakimiyyətinin başçısı işləmiş Asif Nəriman oğlu Məmmədovun yaşadığı evə maskalıların hücumu olub. Evdən 4 milyon manat nağd pul götürülüb.

Moderator.az xəbər verir ki, bu barədə istiqlal.az-a məlumatlı mənbələrdən informasiya daxil olub. 

Mənbənin məlumatına görə, hadisə 2014-cü ildə ”“ A.Məmmədov Şamaxı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılandan az sonra baş verib: “Bir qrup maskalı şəxs onun Teymur Əliyev küçəsində yerləşən “milyonerlər məhəlləsi”x9d adlanan ərazidə yerləşən villasına hücum çəkib. Basqın zamanı hamı evdə olub. Ancaq maskalılar buna əhəmiyyət verməyərək ev sahiblərinin əl-qolunu bağlayaraq 4 milyon pulu aparıblar”x9d.

Mənbə bildirir ki, A.Məmmədov bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib: “Bəzi ehtimallara görə, basqınçılar hazırda həbsdə olan MTN genreralı Akif Çovdarovun adamları olub. A.Məmmədov da bu təxmin etdiyindən, “dərin dövlətlə”x9d tarana getməyərək susmağı üstün tutub. Başqa bir ehtimala görə isə, A.Məmmədov neft biznesindən əldə etdiyi gəlirləri SOCAR-ın “qara kassa”x9dsından gizlətdiyinə görə, biznes tərəfdaşlarının sanksiyasına məruz qalıb. Real vəziyyəti bilən A.Məmmdov məsələni hüquq  müstəvisində həll etməkdən vaz keçib. Bəzi versiyalara görə, onun Şamaxı rayon İcra Hakimiyyəti başçısı postundan uzaqlaşdırılması da bu amillə ”“  “qara kassa”x9ddan pul gizlətməsi ilə bağlıdır”x9d.

Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerikdə doğulub. 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi Kitabxanasında salon müdiri kimi başlayıb. Sonralar “Əzizbəyovneft”x9d və H.Z.Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız”x9d Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

A.Məmmədov Milli Məclisin üzvü, “Kaspi-Yıldız”x9d şirkətinin və Lerik rayonunda "Relax" istirahət mərkəzinin sahibi İqbal Məmmədovun qardaşıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO