Ucarda 5 nəfərin xəsarət aldığı qəzadan XƏBƏR VAR - FOTO

Ucarda 5 nəfərin xəsarət aldığı qəzadan XƏBƏR VAR - FOTO

Hazırda oxunan: Ucarda 5 nəfərin xəsarət aldığı qəzadan XƏBƏR VAR - FOTO

116659

Ucarda təcili yardım maşını aşıb. 

Bizim.Meida-nın Aran bürosu xəbər verir ki, Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib. 

Hadisə Ucar-Göyçay yolundakı körpüdə qeydə alınıb. Belə ki, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə "VAZ 21011" markalı minik avtomobili Ucar-Göyçay yolundakı körpüdə toqquşub və hadisə nəticəsində təcili yardım maşını aşıb. 

Qəza nəticəsində 5 nəfər - təcili tibbi yardım maşınının sürücüsü, Ucarın Qarabörk kənd sakini, 1968-ci il təvəllüdlü Əlibala Ağasoltan oğlu Rəhimov, "VAZ" markalı avtomobildə olan bir ailənin üzvləri, Alpout kənd sakinləri -1988-ci il təvəllüdlü Ceyhun Məmmədmehdi oğlu Əliyev, 1989-cu il təvəllüdlü Vüqar Tarif oğlu Abbasov, 2020-ci il təvəllüdlü Mehdi Ceyhun oğlu Əliyev və 2015-ci il təvəllüdlü Çiçək Ceyhun qızı Əliyeva xəsarət alıb. 
Yaralılar dərhal Ucar rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 

Hazırda faktla bağlı araşdırma aparılır.  


Aqil Əsədov, Bizim.Media, Aran bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO