Mübariz İbrahimov və Polad Həşimovdan əsərlər yazılmalıdır – Təklif

Mübariz İbrahimov və Polad Həşimovdan əsərlər yazılmalıdır – Təklif

Hazırda oxunan: Mübariz İbrahimov və Polad Həşimovdan əsərlər yazılmalıdır – Təklif

116602

"30-40 il öncə internet, sosial şəbəkələr yox idi. Maarifləndirmə işləri daha çox kitablarla aparılırdı. Amma indiki dövrdə bu prosesi vizual formada edirik. Bu da daha çox müsbət nəticələr verir”.


Bunu Sfera.az-a açıqlamasında psixoloq Təranə Kazımlı uşaqlara vətənpərlik ruhunun düzgün şəkildə aşılanması haqqında danışarkən deyib.

 

"Bir həftədən çoxdur ki, işğal olunmuş torpaqlarımız uğrunda döyüşlər gedir. Bir çox ərazilərimiz düşməndən təmizlənib və ordumuzun hərbi əməliyyatları uğurla davam edir. Sevindirici haldır ki, belə bir dönəmdə böyüklü-kiçikli hər kəsdə vətənpərbərlik hissləri müşahidə olunur”.

 

Psixoloq hesab edir ki, tarixi qəhrəmanlarımızla yanaşı bu gün cəbhədə şücaətlər göstərən əsgərlərimizin igidlikləri haqda da materiallar hazırlanmalıdır:

"Yaşadığımız günlərdə Azərbaycan əsgəri yeni qəhrəmanlıq nümunələri göstəri. Mübariz İbrahimov, Polad Həşimov kimi tarix yazan igidlərimiz haqda hekayələr yazılmalı və bu əsərlər yeni nəsilə tədris olunmalıdır”.

 

Sevinc

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO