İTV-nin aparıcısını hədələyən “Bolt” sürücüsünü nə gözləyir? – Şirkət rəsmiləri PARTİZANLIQ EDİR  

İTV-nin aparıcısını hədələyən “Bolt” sürücüsünü nə gözləyir? – Şirkət rəsmiləri PARTİZANLIQ EDİR  

Hazırda oxunan: İTV-nin aparıcısını hədələyən “Bolt” sürücüsünü nə gözləyir? – Şirkət rəsmiləri PARTİZANLIQ EDİR  

116591

Tanınmış aparıcı Vüsalə Məmmədova taksidə təhlükəli anlarla üzləşib.

Bizim.Media bildirir ki, bu barədə aparıcı özü məlumat verib.

O, “Bolt” şirkətində çalışan taksi sürücüsünün səhlənkarlığı ucbatından ölümdən döndüyünü bildirib.

İTV-nin aparıcısı olan Vüsalə xanım bildirib ki, şirkətin qarşısında saxlamağa yer ola-ola taksi “arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü:

“Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “o qapı içəridən açılmır, sol qapıdan düşün” dedi. İki dəfə yoxladım, həqiqətən, qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı. Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım…

Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, “bu işi neyləyək?” “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyimi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir. Mənə də deyir, “səninlə başqa yerdə danışacam”.

Həmçinin V.Məmmədova hazırda məsələnin polis əməkdaşları tərəfindən araşdırıldığını da diqqətə çatdırıb. 

Yaşanan problemlə bağlı “Bolt”un əlaqədar şəxsi hesab olunan “Naim”lə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi. Ümumiyyətlə “Bolt” xidmətinin sürücülərinən son zaman artan şikayətlər əsasən cavabsız buraxılır. Xidmətin heç bir yerdə rəsmi cavabdeh adamına yetişmək mümkün olmur. Telefon və elektron əlaqələr çevik reaksiya vermir, bütün şikayətlərə sonda polis qarışmalı olur. Şirkət sanki partizanlıq fəaliyyəti ilə məşğuldur. Qanun pozan “əsgərlər” meydandadır, “komandirlər” görünmür.

Sığorta üzrə ekspert İlkin İbrahimov isə qəza hadisəsi ilə bağlı bir sıra məqamları dilə gətirib. Onun sözlərinə görə, polisə izahat verildiyi halda sürücüyə protokol yazacılacaq:

“Protokoldan sonra, əgər avtobusda hansısa zədə varsa o qarşılanacaq. Sürücü də gedib öz maşınını düzəltdirəcək. Sürücünün 2-ci cərgədə maşın saxlayıbsa, günahın onda olması şübhəsizdir. Çünki bu birbaşa dayanma-durma qaydasının pozulmasıdır”.

Ekspert kamera görüntülərinin araşdırılmasını da vacib sayıb. İnkarolunmaz faktların o zaman üzə çıxacağını bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO