“Cəlilabad Mərkəzi Xəstəxanası 4 bölgənin əhalisinə xidmət göstərəcək” – RƏSMİ 

“Cəlilabad Mərkəzi Xəstəxanası 4 bölgənin əhalisinə xidmət göstərəcək” – RƏSMİ 

Hazırda oxunan: “Cəlilabad Mərkəzi Xəstəxanası 4 bölgənin əhalisinə xidmət göstərəcək” – RƏSMİ 

116588

“Cəlilabad rayon Mərkəzi Xəstəxanasında 2 laboratoriya fəaliyyət göstərir və şöbələrdə 5 həkim çalışır”. 

Bizim.Media xəbər verir ki, bunu xəstəxananın direktoru Elnur Azadxanov jurnalistlərə açıqlamasında bildirib. 

Baş həkim qeyd edib ki, laboratoriyalar ən müasir aparat və tibbi avadanlıqla təchiz edilib:

"Xəstəxanada dördüncü nəsil cihazlarla təchiz edilmiş Mərkəzi Laboratoriya şöbəsi fəaliyyətə başlayıb. Xidmətlər Zərfinə daxil olan 700-dən çox laborator müayinələrə əlçatanlıq təmin edilib. Burada fəaliyyət göstərən 5 bölmədə (Biokimya, İmmunokimya, Hematologiya, Mikrobiologiya, İmmunologiya) həm Cəlilabad rayonunun, həm də Salyan, Neftçala və Biləsuvar rayonlarının əhalisinə xidmət göstəriləcək. 

Həmçinin, xəstəxanada İcbari Tibbi Sığortanın tətbiqindən sonra mürəkkəb və dəyəri yüksək olan cərrahi əməliyyatlar (mədə, bağırsaq rezeksiyaları, qaraciyər, posttravmatik torakal əməliyyatlar və s.) icra olunur. Tibb müəssisəsində Reanimasiya şöbəsi müasir avadanlıqlarla təmin olunub. Şüa Diaqnostikası şöbəsinə 2 ədəd yeni nəsil USM (Ultrasəs müayinəsi) cihazı alınıb. 
Tibb müəssisəsi 13 şöbə və 1 bölmədən ibarətdir. Ümumilikdə, 200 çarpayılıq xəstəxanada Cərrahiyyə, Doğum və Ginekologiya, Terapiya, Pediatriya, Dializ, İnfeksion, Şüa diaqnostikası və digər şöbələr fəaliyyət göstərir".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO