Əfv Komissiyasının növbəti iclası keçirilir

Əfv Komissiyasının növbəti iclası keçirilir

Hazırda oxunan: Əfv Komissiyasının növbəti iclası keçirilir

116433

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.

Bizim.Media xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.

Xatırladaq ki, Komissiyanın ötən iki iclasında 200-dən artıq müraciətə baxılmışdı.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO