Avtobus xətlərində gecikmələr - BNA rəsmisi: “Təbii haldır”

Avtobus xətlərində gecikmələr - BNA rəsmisi: “Təbii haldır”

Hazırda oxunan: Avtobus xətlərində gecikmələr - BNA rəsmisi: “Təbii haldır”

11643

Fevral ayının 1-dən bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması Bakı yollarında hərəkətin intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb.

Bu da pik saatlarında küçələrdə böyük tıxaca gətirib çıxarıb və avtobusların intervalında gecikmələr yaradıb.

İndi isə əhalini yalnız bir sualın cavabı maraqlandırır: “Yollardakı bu dözülməz hala nə vaxt son qoyulacaq və problem öz həllini tapacaqmı?

Bu və ya digər sualları cavablandırmaq üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. 

O, Bizim.Media-ya açıqlamasında avtobusların intervalında müşahidə olunan gecikmələrin başlıca səbəbini yollardakı nəqliyyat şəraiti ilə əlaqələndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dərslər başlayanda xəttə əlavə avtobuslar buraxılacaq? - BNA-dan CAVAB 


“Üstəlik gün ərzində yollarda kiçik yol nəqliyyat hadisəsi baş verir, nasaz nəqliyyat vasitələri yolun hərəkət hissəsində qalır. Bu da pik saatlarla davam edən tıxaca təsir edir. Belə olan halda avtobusların gecikməsi təbii haldır”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin adi rejimlə müqayisədə xətlərə 20 faizdən artıq avtobus çıxarması da məsələni həll etmir, əksinə yollardakı intervallara mənfi təsir göstərir, çünki Bakı şəhərinin küçələrinin böyük əksəriyyəti dardır, bir çox avtomobillər də, xüsusilə taksilər dayanma-durma nişanına əməl etmirlər. 

Taksilərin də daha çox avtobus dayanacaqlarında “məskən salmasına” sağa-sola şütüyən DYP əməkdaşları və BNA-nın inspektorları göz yumur.

Nəticədə isə insanların çoxu səhərlər işə, axşamlar isə evə gecikir. Bu da onsuz da koronavirusdan yaxa qurtarmayan əhalinin sinir sisteminin pozulmasına gətirir.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO