Bərdədə ağır yol qəzası: 7 nəfər yaralandı - ADLAR

Bərdədə ağır yol qəzası: 7 nəfər yaralandı - ADLAR

Hazırda oxunan: Bərdədə ağır yol qəzası: 7 nəfər yaralandı - ADLAR

116414

Bərdədə yol qəzası baş verib. Hadisə gecə saat təxminən 10 radələrində rayonun Körpüsındıran kəndi ərazisində qeydə alınıb. 

Qəza nəticəsində 7 nəfər Tərtər sakini müxtəlif bədən xəsarətləri alıb. Onların hamısı Tərtər rayon sakinləridir. 

Bu şəxslər 1962-ci təvəllüdlü, Qəribova Ramilə Bəhlul qızı,  2018-ci il təvəllüdlü, Novruzzadə İnci Rahib qızı, 1994-cü il təvəllüdlü, Novruzova Jalə Zahid qızı, 2020-ci il təvəllüdlü, Nəcəfli Əfruzə Muxtar qızı, 2019-cu il təvəllüdlü, Nəcəfli Səfər Muxtar oğlu, 1982-ci il təvəllüdlü, Nəcəfova Mələk Arif qızı və 2021-ci il təvəllüdlü, Novruzzadə Renat Rahib oğludur. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, xəsarət alanlar bir maşında olub. 

Faktla bağlı araşdırma başlanıb. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO