Bakı-Sumqayıt yolunda ağır QƏZA - Sürücü xəsarət alıb - FOTO

Bakı-Sumqayıt yolunda ağır QƏZA - Sürücü xəsarət alıb - FOTO

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda ağır QƏZA - Sürücü xəsarət alıb - FOTO

116323

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, qəza hadisəsi yolun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "KIA" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi aşaraq beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb.

Əraziyə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Yaralı təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO