Qazaxda maşın aşdı - Xəsarət alanlar var 

Qazaxda maşın aşdı - Xəsarət alanlar var 

Hazırda oxunan: Qazaxda maşın aşdı - Xəsarət alanlar var 

116316

Qazaxda baş verən yol nəqliyyat hadisəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alpout kəndində baş verib.

Hərəkətdə olan VAZ markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı aşan maşın yol kənarında dayanan piyadalar - 1998-ci il təvəllüdlü Mikayıl Aslanov və 1998-ci il təvəllüdlü Fərhad Nəsibova dəyib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO