Tanınmış marketoloq xanımını döyüb? – Barəsində cinayət işi başlandı 

Tanınmış marketoloq xanımını döyüb? – Barəsində cinayət işi başlandı 

Hazırda oxunan: Tanınmış marketoloq xanımını döyüb? – Barəsində cinayət işi başlandı 

116278

Tanınmış sosial media mütəxəssisi və şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinir. 

Belə ki, İlqar Mirzə bu il yanvarın 8-də həyat yoldaşını birgə yaşadıqları evdə döyüb. O, ailə münaqişəsi zəminində xanımının baş nahiyəsindən bir neçə dəfə vurmaqla, burun qanaxması və göz nahiyəsində əzilmələrə səbəb olub. 
Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqat aparılıb. İlqar Mirzə barəsində cinayət təqibi başlanıb və toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. 

Cinayət işi ilə əlaqədar məhkəmənin hazırlıq iclası 27 yanvar tarixinə təyin edilib. 

Hadisə ilə bağlı mövqeyini öyrənmək üçün İlqar Mirzənin özü ilə də əlaqə saxlanılıb. O, açıqlamasında məsələnin həqiqətə uyğun olmadığını və bu işin sifariş olduğunu iddia edib:

“Hadisəni araşdıran təhqiqatçıdan daha ətraflı məlumat əldə edə bilərsiniz”. 

Qeyd edək ki, uzun müddətdir sosial media sahəsində mütəxəssis kimi çalışan İ. Mirzə “TedX”, “MilliNet”, “Xaricdə Təhsil Forumu” kimi bir sıra böyük tədbirlərdə təlimçi kimi çıxış edib. O, hazırda SMM şirkətlərindən birinin rəhbəridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO