Füzuli küçəsindəki dağılmış yol- Bizim.Media yazdıqdan sonra TƏMİRƏ BAĞLANDI, AMMA... - FOTO 

Füzuli küçəsindəki dağılmış yol- Bizim.Media yazdıqdan sonra TƏMİRƏ BAĞLANDI, AMMA... - FOTO 

Hazırda oxunan: Füzuli küçəsindəki dağılmış yol- Bizim.Media yazdıqdan sonra TƏMİRƏ BAĞLANDI, AMMA... - FOTO 

116171

Nəsimi rayonunun Füzuli küçəsində magistral yolun acınacaqlı durumda olduğunu xəbər vermişdik. Belə ki, vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindədn əl zəhməti ilə salınmış, qədimliyi və füsunkarlığı ilə yola fərqlilik  qatan daş örtüklərin dağılıb uçulduğunu, yerini isə yamaq asfalt hissələrin əvəzləndiyini qeyd etmişdik.  

Bizim.Media-da ictimailəşən problemdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən yolun təmirinə başlayıb. Aidiyyəti qurumun əməkdaşları və texnikaları bir neçə gün əvvəldən başlayaraq əraziyə cəlb edilib.

Aparılan işlərdən də aydın olur ki, qopmuş döşəmələrin yerinə qədimiliyi əks etdirən daş örtüklər deyil, asfalt döşənir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində BİABIRÇILIQ - Dağılan daş döşəmələrin yerinə yamaq asfalt VURULUB – VİDEO 


Əslində Agentlikdən də bu barədə bildirilib ki, bir vaxtlar sözügedən yola vurulan daş örtükləri artıq olmadığına görə əvəzləyici elə asfaltlanma olacaq. 

Bakı sakinləri isə heyranlıqla tamaşa etdiyi daş örtükləri ilə vidalaşır. 

Bununla isə daha bir ərazinin tarixiliyi itir...

Qeyd edək ki, Füzuli küçəsi şəhərin ən sıx və işlək ərazisi hesab olunur. Bu yolda hər gün yüzlərlə avtomobil və piyada hərəkət edir. 








Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO