Mingəçevirdə ana və oğul narkotikə görə tutuldu - FOTO

Mingəçevirdə ana və oğul narkotikə görə tutuldu - FOTO

Hazırda oxunan: Mingəçevirdə ana və oğul narkotikə görə tutuldu - FOTO

11611

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Elmir Əliyev taksi fəaliyyəti ilə məşğul olan tanışları Seymur Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən şəhər ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Şəxsi axtarış zamanı A.Əliyevadan sellofan torbada satış məqsədilə saxladığı 123 qramdan artıq narkotik vasitə- heroin götürülüb.

Həmin şəxslərin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onların yaşadığı ünvana da baxış keçirilib.

Oradan E.Əliyevə məxsus 30 qram heroin və kustar üsulla hazırlanmış 465 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO