Meşə fondu torpaqlarında 8 mindən çox ağac əkildi - FOTO 

Meşə fondu torpaqlarında 8 mindən çox ağac əkildi - FOTO 

Hazırda oxunan: Meşə fondu torpaqlarında 8 mindən çox ağac əkildi - FOTO 

116021

Sabirabad və Şamaxı rayonlarının meşə fondu ərazilərinin ümumilikdə 10 hektar sahəsində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 8000-dən çox ağac tingi əkilib. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Bizim.Media-ya bildirib ki, son günlər hava şəraitinin əlverişli keçməsi ölkənin meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin davam etdirilməsinə şərait yaradıb.

"Yanvarın 1-dən 21-dək ötən müddət ərzində isə respublika ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrinin 80 hektarında meşəbərpa tədbirləri aparılıb, 70 min ağac tingi əkilib, 3500 kq toxum səpilib", - deyə V.Fərzəliyev deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO