Qubada ƏMƏLİYYAT – Narkotacir saxlanıldı – FOTO/VİDEO 

Qubada ƏMƏLİYYAT – Narkotacir saxlanıldı – FOTO/VİDEO 

Hazırda oxunan: Qubada ƏMƏLİYYAT – Narkotacir saxlanıldı – FOTO/VİDEO 

115902

Quba  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib. 

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən Xaçmaz rayon sakini Müşfiq Rəsulov  saxlanılıb.

Həmin şəxsin üzərinə  baxış keçirilən zaman külli miqdarda  narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd  bıçaq və 1 ədəd beşbarmaq (kastet) aşkar olunaraq götürülüb. 
Araşdırmalar zamanı M.Rəsulovun Xaçmaz rayon ərazisində narkotik alverçisi kimi tanındığı müəyyən edilib. 

Faktla bağlı Quba RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO