Əvvəllər narkotik vasitələrə görə tutulan Zaqatala sakini yenə də... - FOTO

Əvvəllər narkotik vasitələrə görə tutulan Zaqatala sakini yenə də... - FOTO

Hazırda oxunan: Əvvəllər narkotik vasitələrə görə tutulan Zaqatala sakini yenə də... - FOTO

115853

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Nail Hüseynov tutulub.

Onun üzərinə keçirilən baxış zamanı yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs üzərindən aşkarlanan narkotik vasitəni oktyabr ayında çaylaq ərazisində gizlətdiyini və havaların yağışlı olması ilə əlaqədar yaşadığı ünvana aparmaq istədiyini bildirib.
Faktla bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO