Cəlilabadda evdən 15 gün öncə ölən kişinin meyiti aşkarlandı

Cəlilabadda evdən 15 gün öncə ölən kişinin meyiti aşkarlandı

Hazırda oxunan: Cəlilabadda evdən 15 gün öncə ölən kişinin meyiti aşkarlandı

115842

Cəlilabad rayonunda meyit aşkar edilib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayonun Səttarxan küçəsində yerləşən evlərdən birindən yaşlı kişi meyiti aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Araşdırma zamanı ölən şəxsin həmin evdə tək yaşayan 1955-ci il təvəllüdlü Məmmədov Məhəmməd Bəhmən oğluna aid olduğu məlum olub.
Məlumata görə, tək yaşayan yaşlı kişi təxminən 15 gün öncə vəfat edib. Meyitin üzərində baxış zamanı zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO