Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Hazırda oxunan: Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

115782

Şuşa şəhərində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb.

Bizim.Media xəbər verir ki, şəhərin mərkəzi hissələrində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 33 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb.
Bu hadisə nəticəsində heç bir günahı olmayan 132 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO