Ötən il Bakıda 50 nəfər qəsdən öldürülüb

Ötən il Bakıda 50 nəfər qəsdən öldürülüb

Hazırda oxunan: Ötən il Bakıda 50 nəfər qəsdən öldürülüb

115701

Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə və 16 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda Əməliyyat müşavirəsində bildirilib. 

Bildirilib ki, 2022-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış 5135 hadisənin 1527-si narkotik vasitələr və psixotrop maddələrin satışı bağlı olub. 

Bakı şəhər prokuroru çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı istintaq-əməliyyat tədbirlərinin daha da gücləndirilməsini nəzərə çatdırıb. 

Quldurluqla bağlı müvafiq dövr ərzində qeydə alınmış 61 hadisədən 95 %-nin açılması təmin edilib. 
 
Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar olan cinayət işləri olmuşdur. Hesabat dövründə qeydə alınmış ölümlə nəticələnən 198 yol-nəqliyyat hadisəsi üzrə təqsirləndirilən şəxslər müəyyən edilib. 

Qeyd edilib ki, hesabat dövründə aidiyyəti tabe rayon prokurorluqlarının icraatında olan 928 işdən 474-nün, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 17198 cinayət işindən 7374-nün istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 6250, prokurorluq orqanları tərəfindən 190 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. 

Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ümumilikdə 28 milyon 735 min 733 manat fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə nail olunub. 

2022-ci il ərzində Bakı şəhər prokurorluq orqanlarına 17149 müraciət daxil olmaqla həll olunmuş, 6564 vətəndaş qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO