Şəhidlər Xiyabanı ziyarətə belə hazırlandı – FOTO/VIDEO REPORTAJ

Şəhidlər Xiyabanı ziyarətə belə hazırlandı – FOTO/VIDEO REPORTAJ

Hazırda oxunan: Şəhidlər Xiyabanı ziyarətə belə hazırlandı – FOTO/VIDEO REPORTAJ

115671

20 Yanvar faciəsindən 33 il ötür. Artıq bir qərinədir ki, xalqımız azadlıq uğrunda verdiyi şəhidlərini kədər, ehtiram və qürurla yad edir. Faciənin baş verdiyi zamana saatlar qala şəhidlərin uyuduğu xiyabanda hazırlıq işləri, demək olar ki, başa çatdırılıb. 

Yüzlərlə insan bu gündən ziyarət üçün müqəddəs məkana üz tutur.

Bizim.Media olaraq biz də Şəhidlər Xiyabanına üz tutduq, hazırlıq işlərini yaxından izlədik, ziyarətçilərlə ünsiyyətdə olduq. Xiyaban başdan-ayağa qərənfillərlə bəzədilib. Ağ, qırımızı və zoğalı qərənfillərdən müxtəlif kompazisayalar hazırlanıb.

Ziyarətə gələnlər arasında bütün yaş qruplarından, müxtəlif kateqoriyadan olan insanlar var idi. 

Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zeynalova Günay deyir ki, hər zaman şəhidlərin qoyduğu yolu sevərək getməyə və torpaqlarımızın bütövlüyü üçün əllərindən gələni etməyə hazırdırlar.  

20 Yanvar şəhidi Nuriyev Zahirin bacısı Nuriyeva Təranə xanımla həmsöhbət olduq: 

“O ildən 33 il keçməsinə baxmayarq,hələ də qardaşımın yoxluğunu unuda bilmirəm. Böyük qardaşım idi... 19 yaşında şəhid oldu. O zaman ali təhsil alırdı, ikinci kursda idi. O dəhşətli gün heç vaxt yadımdan çıxmır. Hər zaman gözümün qarşısındadır. Anam qardaşımı saxlaya bilmədi. “Mən getməliyəm”- dedi və getdi. Bir neçə gün əvvəl evimizin yanında tanklar dayanmışdı. Qardaşım bilmədi ki, bir gün o tanklar onun ölümünə səbəb olacaq. Oradakı əsgərlərlə söhbət edir, onlara yemək aparırdı. Bu gün şükür edirik ki, Vətənimiz azaddır, şəhidlərimizin qanı yerdə qalmadı”.

Şəhər sakini Azadə Əliyeva azyaşlı övladları ilə ziyarətə gələnlər arasında idi. “Bu gün azadlığımızın başladığı gündür” deyən Azadə xanım müstəqil ölkədə yaşamağımızı şəhidlərimizə borclu olduğumuzu vurğulayır. 

Əslən Şuşada olan Əlvanə Ağayeva isə 20 Yanvarı belə xatırlayır: 

“O zaman insanlarımız azadlıq üçün yollara çıxmışdı. O hadisələr gözümün qarşısındadır. Qonşumuz Fəridə Abbasovanın çölə çıxması ilə şəhid olmağı bir oldu. Əliyalın insanlar sovet qoşunları tərəfindən qanına qəltan oldu. Amma xalq yolundan dönmədi və azadlığımızı əldə etdik. Yaralı yerimiz olan Qarabağ da azad olundu. Bu hadisə dərdlərimizə məlhəmdir”.

Ziyarətçilər arasında olan l Qarabağ Müharibəsi qazisi Məzahir Orucov 20 Yanvarı xalqımızın kədərləndiyi və qürur hissini eyni anda yaşadığı tarix adlandırır. 

l Qarabağ müharibəsi qazisi sözlərini dua ilə bitirir: 

“Uca Yaradan millətimizi, ordumuzu və Ali Baş Komandanımızı qorusun və xalqımıza bir daha belə faciələr yaşatmasın”. 

Şəhidlər Xiyabanından hazırladığımız son görüntüləri də diqqətinizə təqdim edirik:

Aygün İbrahimli, Əfqan Pənahoğlu, Bizim.Media
 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO