Vüqar Rəhimzadə: “Gültəkin Hacıbəyli korrupsiyaya bulaşmış adamdır”

Vüqar Rəhimzadə: “Gültəkin Hacıbəyli korrupsiyaya bulaşmış adamdır”

Hazırda oxunan: Vüqar Rəhimzadə: “Gültəkin Hacıbəyli korrupsiyaya bulaşmış adamdır”

11565

Nəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, məhkəmənin qərarına əsasən, Gültəkin Hacıbəyli keçmiş qayınanasına 85 min manat ödəməlidir.

Şikayət əsasında Gültəkin Hacıbəyliyə məxsus “Lexus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilə, eləcə də onun mənzilinə həbs qoyulub.

“Siyasi proseslərdə, konfranslarda onun ironiya doğuran çıxışlarının şahidi oluruq. Xatırlayırsınızsa, bir dəfə neftin ucuzlaşmasında Gültəkinin daxilində bu millətə, dövlətə qarşı nə qədər paslanmış (ərplənmiş) ikrah hissinin olduğunun şahidi olduq.”

Bu sözləri saytımıza açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirdi.

Əlavə etdi ki, Gültəkin Hacıbəyli hüquqi məsuliyyətə cəlb olunmalıdır. 

“Cəmiyyət belə insanları yaxşı görür və onun keçmişini çox yaxşı bilirik. O, bütün keçmişi ilə korrupsiyaya bulaşmış adam olub. Onun fəaliyyəti, müxtəlif əməlləri və qayınanası ilə məhkəmə çəkişməsi bunun bir nümunəsidir. Müxtəlif tədbirlərdə də onun üzə çıxan daxili xisləti bu xalqa, dövlətə qərəzli olduğunu sərgiləyir. Siyasi dəllal, alverçi, daha dəqiq desək siyasi dələduzdur. 

Başqasının bədbəxtliyi üzərində öz xöşbəxtliyini qurmağa cəhd edən Gültəkindən hansı siyasi əxlaq gözləmək olar. 

O, ümumiyyətlə siyasi əxlaqdan kənar hərəkətlərlə yadda qalıb”, - deyə Vüqar Rəhimzadə münasibətini bitirdi. 

Qeyd edək ki, Gültəkin Hacıbəyli Milli Məclisin II və III çağırış deputatı olub.

10 il ərzində Gültəkin Hacıbəylinin Azərbaycanda çoxsaylı torpaq sahəsi və digər daşınmaz əmlak mənimsədiyi haqqında məlumatlar çoxdur. 

Bəzi ziyalıların fikrincə, təmsil etdiyi seçiciləri talayan “Milli Şuranın primadonna”sı siyasətə qayıtmaqla yeni qurbanlar axtarır. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO