Ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir.
Bizim.Media xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələri bu rəqəmi ortaya çıxarıb.
Sorğunun nəticələrinə əsasən, insanların 27,8%-i heç bir sosial media platformasından istifadə etmədiyini bildirib ki, onların da əsas hissəsi (60.8%-i) yaşı 65-dən yuxarı olan şəxslərdir.
Nəticələrin təhlili göstərir ki, ali təhsilli respondentlər orta təhsilə malik olanlarla müqayisədə sosial şəbəkələrdən nisbətən daha çox istifadə edirlər.
Belə ki, ali təhsillilərin 82,3%-i, orta təhsillilərin isə 66,7%-i sosial media istifadəçisidir.
Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib.
Bizim.Media