Bakıda piyadaların cərimələnməsinə nəzarət GÜCLƏNDİRİLDİ – Yol polisindən ÖZƏL

Bakıda piyadaların cərimələnməsinə nəzarət GÜCLƏNDİRİLDİ – Yol polisindən ÖZƏL

Hazırda oxunan: Bakıda piyadaların cərimələnməsinə nəzarət GÜCLƏNDİRİLDİ – Yol polisindən ÖZƏL

115576

Bakı Şəhər Dövlət Yol Polisi qaydalardan kənar yerlərdə keçən piyadaların cərimələnməsinə nəzarəti gücləndirib.

Bu barədə açıqlamanı Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisinin polis baş leytenantı Pərvanə Muradova verib. Onun sözlərinə görə nəzarətin gücləndirilməsi son zamanlar artan yol nəqliyyat hadisələri və qəza olaylarına əsas səbəbkar olan piyadalarla bağlıdır:

“Hər bir hərəkət iştirakşısı kimi piyadalar da öz hüquq və vəzifələrini bilməlidir. Onlar da sürücülər kimi bir çox qaydalara əməl etməlidirlər. Svetoforun qırmızı ışığı piyadaların hərəkətini qadağan edirsə, yolun hərəkət hissəsinə çıxmaq olmaz.

Yolu təyin edilmiş yerdən keçmək lazımdır.  Əziz piyadalar avtomobil yolu ilə piyada zolağının kəsişdiyi yerlərdə yolu keçərkən avtomobilin sizə yol vermək üçün dayandığına əmin olduqdan sonra yolu keçin.
Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmayın. Günün qaranlıq vaxtında yola çıxarkən nəqliyyatın hərəkətinin əksinə getmək lazımdır ki, sürücülər də piyadanı görə bilsin. Bu qaydalara əməl olunsa, piyadavurma hadisələrinin sayı azalar”.

Pərvanə Muradova qeyd edib ki, nəzarətin gücləndirilməsində əsas məqsəd cərimə deyil, insan həyatının dəyəridir:

“Gəlin həm öz həyatımızı həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmayaq. Yolu qanunla müəyyən edilmiş yerlərdən keçək. Həm sağlamlığımızı həm də qanunun aliliyini qoruyaq. Məqsəd gedəcəyimiz məkana vaxtında deyil, salamat çatmaq olmalıdır. Hər bir hərəkət iştirakçısına Bakı Şəhər Dövlət Yol Polisi olaraq təhlükəsiz yol arzu edirik”.

Xatırladaq ki, piyadanın vəzifələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsi ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 338-ci mddəsində piyadaların yol hərəkəti qaydalarını pozmalarına görə məsuliyyət nəzərdə tutulur.
Belə ki, piyadalar  - piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə görə, yolun hərəkət hissəsini, dəmir yolunu müəyyən olunmayan yerdən keçilməsinə görə,  yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə, qırmızı və ya sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk edilməməsinə görə 20 manat məbləğində cərimə edilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO