Balakəndə ər həyat yoldaşını niyə bıçaqlayıb?

Balakəndə ər həyat yoldaşını niyə bıçaqlayıb?

Hazırda oxunan: Balakəndə ər həyat yoldaşını niyə bıçaqlayıb?

115560

Həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirən hadisə rayonun Hənifə kəndində baş verib. 

Faktı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov təsdiqləyib.

Bildirilir ki, Hənifə kənd sakini, 35 yaşlı Rəvanə Məmmədova üz nahiyyəsindən bıçaq xəsarətləri ilə Balakən rayon mərkəzi xəstəxanasına müraciət edib. Araşdırmalarla qadına əri Natiq İbrahimov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirildiyi məlum olub.

Ərlə-arvad arasında baş verən insidentin ailə münaqişəsi, qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.

Polis kapitanı onu da qeyd edib ki, qadına bıçaqla xəsarət yetirən Natiq İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO