Latviya Ukraynaya “Stinger” zenit-raket kompleksləri, helikopterlər, pulemyotlar və pilotsuz uçuş aparatları (PUA) göndərəcək.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri İnara Murnieçe məlumat verib.
“Yaxın vaxtlarda biz Ukraynaya yeni hərbi yardım göstərəcəyik. Buraya “Stinger” zenit-raket kompleksləri, helikopterlər, pulemyotlar və PUA-lar daxildir”, - deyə nazir qeyd edib.
O, həmçinin bildirib ki, bu il Latviya Ukrayna hərbçilərinin müxtəlif səviyyələrdə təlimlərini davam etdirəcək:
“Təlimlərin intensivliyinin artırılması və 2022-ci illə müqayisədə azı iki dəfə çox ukraynalı hərbçinin hazırlanması planlaşdırılır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:39 / 19.01.2023
Latviya Ukraynaya hərbi yardım GÖNDƏRİR: “Stinger” zenit-raket kompleksləri, PUA-lar...
Hazırda oxunan: Latviya Ukraynaya hərbi yardım GÖNDƏRİR: “Stinger” zenit-raket kompleksləri, PUA-lar...
Hazırda oxunan: Latviya Ukraynaya hərbi yardım GÖNDƏRİR: “Stinger” zenit-raket kompleksləri, PUA-lar...
115517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.