Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Ağayev Əmirağa Mahir oğlu Şabranda dəfn edilib.
Bizim.Media xəbər verir ki, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Ağayev Əmirağa Mahir oğlunun nəşi Şabran rayonuna aparılıb.
Şəhid Şabran şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Ə. Ağayev cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.
Şəhid A.Həsənov Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi.
Allah rəhmət eləsin!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:17 / 11.02.2021
Azərbaycan Ordusunun şəhid əsgəri Şabranda dəfn olundu
Hazırda oxunan: Azərbaycan Ordusunun şəhid əsgəri Şabranda dəfn olundu
Hazırda oxunan: Azərbaycan Ordusunun şəhid əsgəri Şabranda dəfn olundu
11540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.