Gəncədə saxta avtomobil nömrəsi hazırlayan şəxs TUTULDU - FOTO

Gəncədə saxta avtomobil nömrəsi hazırlayan şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Gəncədə saxta avtomobil nömrəsi hazırlayan şəxs TUTULDU - FOTO

115364

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq avtomobillərin dövlət qeydiyyat nömrəsini hazırlayıb satmaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Asif Yusifov istifadəsiz avtomobil qeydiyyat nişanlarının üzərindəki simvolları pozaraq yenisi ilə əvəz edib. 

Şübhəli şəxsin emalatxanasına baxış keçirilərkən bir neçə dövlət qeydiyyat nömrəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı baş idarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO