BQXK Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların SAYINI AÇIQLADI - VİDEO

BQXK Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların SAYINI AÇIQLADI - VİDEO

Hazırda oxunan: BQXK Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların SAYINI AÇIQLADI - VİDEO

115349

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların sayını açıqlayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın Bizim.Media-ya verdiyi açıqlamada bildirilir ki, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, Laçın koridoru boyu 12 əməliyyat həyata keçirib.

Bu əməliyyatlar zamanı 36 xəstə və onları müşayiət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müəssisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.

“Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq”, - İ.Hüseynova qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO