Bu avtomobillərə görə üç il vergi ÖDƏNİLMƏYƏCƏK 

Bu avtomobillərə görə üç il vergi ÖDƏNİLMƏYƏCƏK 

Hazırda oxunan: Bu avtomobillərə görə üç il vergi ÖDƏNİLMƏYƏCƏK 

115347

Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov "Facebook" hesabında yazıb.

O bildirib ki, bu güzəştlərdə məqsəd hibrid avtomobillərinin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaqdır.

“Bu yaşıl enerji prinsipinə uyğun olaraq avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir.

Güzəştlərin tətbiq olunmasına rəğmən ölkəyə hələ də daha çox istehsal ili köhnə hibrid avtomobillərinin idxal edilməsi həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların sayının artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərinin xərcinin azaldılması baxımdan vacib idi”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib ki, bu gün gün ölkədə olan 85 min avtomobilin yaşı 5 ilə qədərdir. 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur:
"Bu tendensiya il-ildən də artmağa davam edir. Ona görə də yeni avtomobillərin alınması məqsədəuyğundur. Hətta bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadənin artımına təsir edəcək", - qurum rəsmisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO