“ÜST-ün göstərişinə görə 5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”.
Bizim.Media-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Uşaq bağçaları dezinfeksiya edildi - FOTO
Baş infeksionistin sözlərinə görə, uşaqlara nəzarət etmək olmur, onlar maskaya əllərini vurub gözlərinə çəkə bilirlər.
Növbəti qrup 6-11 yaşlılardır ki, onlara izah edərək maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olur:
“Kiçik yaş qruplarında, məktəbəqədər təhsil müəssisələrində maskadan istifadə şagirdin və valideynin ixtiyarına buraxılır. Orta və peşə təhsil müəssisələrində isə bu məcburidir”.
Bizim.Media