Oğuzda 3 gün öncə qəzaya düşən sürücü vəfat etdi

Oğuzda 3 gün öncə qəzaya düşən sürücü vəfat etdi

Hazırda oxunan: Oğuzda 3 gün öncə qəzaya düşən sürücü vəfat etdi

115183

Üç gün əvvəl Oğuzun Xaçmaz-Sincan kəndləri arasındakı yolda ağır avtomobil qəzasının baş verdiyini qeyd etmişdik. Belə ki, Aslan Umarov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olarkən idarəetmənin itməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, avtomobilin sürücüsü Aslan Umarov aldığı ağır bədən xəsarətləindən sonra təcili–tibbi yardımla Şəki rayon mərkəzi xəstəxanasına çatdırılmışdı.

O, üç gün idi ki, xəstəxananın reanimasiya şöbəsində müalicə alırdı. 

Yaxınlarının Bizim.Media-ya bildirdiyinə görə Aslan Umarov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada keçinib. Bir qədər əvvəl onun meyiti dəfn olunmaq üçün Şəkidən Oğuza aparılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO