Polis Samuxda əməliyyat keçirdi: Saxlanılan var - FOTO 

Polis Samuxda əməliyyat keçirdi: Saxlanılan var - FOTO 

Hazırda oxunan: Polis Samuxda əməliyyat keçirdi: Saxlanılan var - FOTO 

115155

Samuxda külli miqdarda narkotik vasitə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədiilə narkotik maddə əldə edib.

Şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar olunub.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilib və oradan 7 kq 180 qram narkotik vasitə olan “marixuana” və “metamfetamin” aşkarlanıb.

Mətbuat xidmətindən onu da bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri də davam etdirir.

Keçirilən müvafiq tədbirləri nəticəsində rayon sakinlərinə məxsus, müvafiq sənədləri olmayan “TOZ”, “İJ” və digər markalı müxtəlif kalibrli ov silahları aşkar edilərək götürülüb. Aşkar edilən ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Samux rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 9 əməliyyat-axtarış tədbiri baş tutaraq ümumilikdə 17 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
Aşkar edilən digər bir fakt nəticəsində isə vətəndaşdan “Makarov” tipli tapança müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO