Xəbər verdiyimiz kimi, İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.
Bizim.Media xəbər verir ki, DİN İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllərin oğurlanması ilə bağlı yayılan videogörüntülərlə bağlı açıqlama verib.
Açıqlamada deyilir:
“Faktla bağlı araşdırmalara başlanılıb”.
Xatırladaq ki, şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir.
Xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir.
Bizim.Media