Azərbaycanda bu il Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu hələ ki, başlamayıb.
Bizim.Media-nın Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) əldə etdiyi məlumata görə, sənəd qəbulu ziyarətə getmək üçün lazım olan vəsaitin təyin olunmasından sonra aparılacaq.
Qeyd edək ki, artıq Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023 il mövsümü üçün Həcc müqaviləsi imzalanıb.
Qarşı tərəfin qiymətlərlə bağlı açıqlamasından sonra azərbaycanlı zəvvarlar üçün lazım olan məbləğ də müəyyənləşdiriləcək.
Yanvar ayının sonu, fevralın əvvəlinə sənəd qəbulunun başlayacağı gözlənilir. Əldə etdiyimiz məlumata görə, bu il kvotada artım gözlənilir.
Qeyd edək ki, ötən il Azərbaycanlı zəvvarlar üçün 680 nəfərlik yer ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 9106 manat olub.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 16.01.2023
Həcc ziyarətinə sənəd qəbulu hansı səbəbdən aparılmır?
Hazırda oxunan: Həcc ziyarətinə sənəd qəbulu hansı səbəbdən aparılmır?
Hazırda oxunan: Həcc ziyarətinə sənəd qəbulu hansı səbəbdən aparılmır?
115027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.