Azərbaycanda universitet yataqxanası YANIR – Heç kimin xəbəri YOXDUR? – VİDEO

Azərbaycanda universitet yataqxanası YANIR – Heç kimin xəbəri YOXDUR? – VİDEO

Hazırda oxunan: Azərbaycanda universitet yataqxanası YANIR – Heç kimin xəbəri YOXDUR? – VİDEO

114999

Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında yanğın baş verib.

Bununla bağlı Baku.WS videogörüntü yayıb. Videodan göründüyü kimi yanğın yataqxananın yeddinci mərtəbəsində baş verib.

Əraziyə yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin cəlb olunduğu bildirilir. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanası ilə əlaqə yaratdıq. Universitetin nəzarətçisi Bizim.Media-ya açıqlamasında yanğından xəbəri olmadığını və bu barədə heç bir məlumat verə bilməyəcəyini bildirib.

Nəzarətçidən universitetin mətbuata danışan rəsmiləri ilə əlaqələndirilməyimizi istəsək də, sonradan zənglərimizə cavab verən olmayıb. 
Öz növbəsində Fövqəladə Hallar Nazirliyinin rəsmisi Pərviz Aslanov da sözügedən yanğın barədə məlumatsız olduğunu bildirib.
 


Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO