Ağır yaralanan 3 qazimiz müalicə üçün Türkiyəyə göndərildi - FOTO

Ağır yaralanan 3 qazimiz müalicə üçün Türkiyəyə göndərildi - FOTO

Hazırda oxunan: Ağır yaralanan 3 qazimiz müalicə üçün Türkiyəyə göndərildi - FOTO

11492

Vətən müharibəsində ağır yaralanan qazilər -  İsayev Valeh Mehrac oğlu, Həmidov Məhərrəm Əliəşrəf oğlu və Rəsulov Elşad Əlmurad oğlu “YAŞAT” Fondu tərəfindən bu gün səhər saatlarında Türkiyəyə göndəriliblər.

Fonddan Bizim.Media-ya verilən məlumata görə, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

 

MÖVZU İLƏ BAĞLI:

Xaricdən qazilərimiz üçün daha 5 ortopedik cihaz gətirildi - FOTO


“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin ediləcək.

Eyni zamanda Fond tərəfindən Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO