Türkiyə gömrükçüləri Bakıdan İstanbula uçan təyyarədə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda mobil telefon və oyun cihazları müsadirə ediblər.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, gömrükçüləri çaşdırmaq üçün qaçaqmalçılar mürəkkəb hiyləyə əl atıblar.
Bildirilir ki, onların tutulması əməliyyatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizəsi Departamentinə təqdim etdiyi əməliyyat məlumatı əsasında həyata keçirilib.
Bakı reysi İstanbula enəndən dərhal sonra Türkiyə gömrükçüləri sərnişinləri nəzarətə götürüb.
Sonradan məlum olub ki, cinayətkarlar bəyan edilməmiş məhsulları həm özləri daşıyıb, həm də reysdə olan digər sərnişinlərə “paylayıblar”. Nəticədə onların hamısı İstanbul hava limanının terminalında saxlanılıb.
Şahidlərin iştirakı ilə yoxlanılan şübhəlilərin baqajından Türkiyə gömrükçüləri tərəfindən 77 ədəd müxtəlif modelli mobil telefon, 18 ədəd oyun cihazı və 6 ədəd virtual real eynək aşkar edilib. Əməliyyat zamanı ələ keçirilən qadcetlərin bazar dəyəri ümumilikdə 4,3 milyon türk lirəsi (təxminən 230 min dollar) təşkil edib.
Qeyd edək ki, bu il yanvarın 1-dən Türkiyədə ölkəyə gətirilən mobil telefonların gömrük rüsumları kəskin artıb. Nəticədə qeydiyyat rüsumu təxminən üç dəfə çoxalıb.. Bu da əslində qadcet qaçaqmalçılığının intensivləşməsinin səbəblərindən biridir.
Yeri gəlmişkən, bəyan edilməmiş malların digər hava sərnişinləri arasında “paylanması” və bununla da onların gömrük yoxlamasından gizlədilməsi ideyasının özü də azərbaycanlı qaçaqmalçıların müstəsna “tapıntısı”dır.
Sərnişinlərə edilən belə müraciətlərə (kənar şəxsdən əşya götürmək) Bakı Beynəlxalq Hava Limanında tez-tez rast gəlmək olar.
Azərbaycan Dövlət Gömrük Komitəsi xaricə gedən sərnişinləri bu cür müraciətlərə cavab verməməyə və cinayət ortağı olmamağa çağırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:04 / 15.01.2023
Bütün sərnişinlər Azərbaycandan Türkiyəyə 230 min dollarlıq qaçaqmal daşıyıblar -BÖYÜK QALMAQAL
Hazırda oxunan: Bütün sərnişinlər Azərbaycandan Türkiyəyə 230 min dollarlıq qaçaqmal daşıyıblar -BÖYÜK QALMAQAL
Hazırda oxunan: Bütün sərnişinlər Azərbaycandan Türkiyəyə 230 min dollarlıq qaçaqmal daşıyıblar -BÖYÜK QALMAQAL
114912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.