Bərdədə bir ailənin 7 üzvü dəm qazından boğuldu - ADLAR

Bərdədə bir ailənin 7 üzvü dəm qazından boğuldu - ADLAR

Hazırda oxunan: Bərdədə bir ailənin 7 üzvü dəm qazından boğuldu - ADLAR

114908

Bərdə rayonunda bir ailənin yeddi üzvü dəm qazından boğulub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun məcburi köçkünlər üçün salınmış yeni qəsəbə adlanan ərazidə baş verib. 

Belə ki qəsəbə sakinləri: 

1983-cü il təvəllüdlü Səmədov Elməddin Telman oğlu

2016-cı il təvəllüdlü Səmədzadə Ceyran Elməddin qızı

2018-ci il təvəllüdlü Həsənli Ayla Anar qızı

2015-ci il təvəllüdlü Həsənov Famil Anar oğlu

1980-ci il təvəllüdlü Səmədova Leyla Telman qızı


2013-cü il təvəllüdlü Səmədzadə Ümid Elməddin oğlu

1949-cu il təvəllüdlü Səmədova Zabilə Murad qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə mərkəzi rayon xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində adları çəkilən şəxslərin həyatı təhlükəsi ötüşüb. 
Onların səhhətinin normal olduğunu deyilir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO