Mehdiabadda 2 avtomobil toqquşdu: Ölən və xəsarət alan var

Mehdiabadda 2 avtomobil toqquşdu: Ölən və xəsarət alan var

Hazırda oxunan: Mehdiabadda 2 avtomobil toqquşdu: Ölən və xəsarət alan var

114902

Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsində 1 nəfər həlak olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Mənbə yazır ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə informasiya daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və "Toyota" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO