Sumqayıtda 9-cu və 13-cü mikrorayonlarındakı onlarla marketin söküntüsünə start verilib.
Bu barədə Moderator.az-ı Sumqayıtdakı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, söküntüyə səbəb keçmiş icra başçılarının dönəmində inşa edilən marketlərin şəhərin arxitektura və estetik görünüşünə xələl gətirməsidir.
Ən çox söküntü şəhərdə “Şərq”x9d bazarı kimi tanınan ərazinin ətrafında müşahidə edilib. Belə ki, adıçəkilən bazarın qarşısındakı marketlərin demək olar ki, hamısı sökülüb.
Mənbə yaxın günlərdə daha bir sıra ticarət mərkəzi və marketlərin də söküləcəyini və bununla da şəhərin estetik görünüşünün bərpası ilə bağlı təsdiq edilmiş planın başa çatdırılacağını bildirib.



























































































