Şəhidlər Xiyabanı HÜZN gününə HAZIRLANIR 

Şəhidlər Xiyabanı HÜZN gününə HAZIRLANIR 

Hazırda oxunan: Şəhidlər Xiyabanı HÜZN gününə HAZIRLANIR 

114763

20 Yanvar faciəsinin 33-cü ildönümünə sayılı günlər qalıb. 

Bizim.Media xəbər verir ki, hüzn günü ilə bağlı yanvarın 16-dan etibarən Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanacaq. 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görüləcək, ağacların budaqları budanacaq,  yeni güllər əkiləcək, işıq dirəkləri, səkilər və bütün ərazi yuyulacaq. Həmçinin Xiyabanda güllərin saxlanılması üçün xüsusi çadırlar quraşdırılacaq. 

Hər il Şəhidlər Xiyabanında faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunur.

Onu da bildirək ki, 20 Yanvara bir neçə gün qalsa da Şəhidlər Xiyabanına insan axını başlayıb.

Qeyd edək ki, hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. 

20 yanvar Hüzün Günü Nazirlər Kabinetinin qərarına əsasən qeyri-iş günüdür.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO