Qazaxda ƏMƏLİYYAT - Narkokuryer tutuldu - FOTO

Qazaxda ƏMƏLİYYAT - Narkokuryer tutuldu - FOTO

Hazırda oxunan: Qazaxda ƏMƏLİYYAT - Narkokuryer tutuldu - FOTO

114750

Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Əkbər Vəliyev narkotik vasitəni müəyyən məbləğdə pul və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilmiş narkotik vasitəni Gəncə şəhərinə aparmağa razılaşıb.
Həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əlindəki sellofan torbadan 2 kq 8 qram “marixuana”, 1 kq 182 qram “heroin” və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO