İslam vəfat etmiş şəxsin cəsədini yarmağa icazə verirmi? – İlahiyyatçıdan AÇIQLAMA 

İslam vəfat etmiş şəxsin cəsədini yarmağa icazə verirmi? – İlahiyyatçıdan AÇIQLAMA 

Hazırda oxunan: İslam vəfat etmiş şəxsin cəsədini yarmağa icazə verirmi? – İlahiyyatçıdan AÇIQLAMA 

114749

Tibbi ekspertiza təyin olunduğu zaman bir çox hallarda insanlar buna etiraz edirlər. Mərhumun ruhunu incitməkdən ehtiyat etdiklərini səbəb gətirirlər. 

Bəs İslam dini meyitin yarılmasında hansı mövqeyi ortaya qoyur? 

Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti ilahiyyatçı Ağa Hacıbəyli olub. Müsahibimiz söyləyib ki, vəfat edən şəxsi müəyyən qaydalara əməl etməklə axirət dünyasına yola salmaq müsəlmanların boynunda borc olur: 

"Təbii ki, insanlarımızın bu yanaşması normaldır. Bir müsəlman üçün onun dirisi nə qədər əhəmiyyətlidirsə, vəfat etmiş adamı da onun üçün o qədər dəyərlidir. Biz sağ adamımızın kəsilib-doğranmasını istəmədiyimiz kimi, təbii ki, dünyadan köçən adamımızın da kəsilib-doğranmasını istəmərik.

Bu, bizə xoş olan bir hal deyil. Bizim üçün insanın vücudu ona verilmiş bir əmanətdir. Təbii ki, insan həyatı boyu çalışıb bu əmanəti mühafizə etməlidir. İnsanın əzaları qəlbinin əsgəri sayılır.

Onları Yaradan bizə xoşbəxt olmamız üçün verib. Biz də onları haram, günahlardan qorumalıyıq. Biz müsəlmanların boynunda vəfat edən şəxsi gözəl bir şəkildə axirət dünyasına göndərmək vəzifəsi yaranır. Vəfat edəni gözəl bir şəkildə yumaq, kəfənləmək, cənazə namazını qılmaq və dəfn edilməsi müsəlmanların boynundadır. Ona görə də müsəlmanlar çalışırlar ki, son vəzifələrini gözəl şəkildə yerinə yetirsinlər, cəsədi incitmək olmaz". 

Məsələnin ekspertiza tərəfinə gəlincə isə, ilahiyyatçı bildirib ki, bu halda İslam dininin yanaşması dəyişir: 

“Zəhərlənmə, qətlə yetirilmə, boğulma və s. hallarda məsələ hüquqi tərəfdən qiymətləndirilirsə, bu zaman İslam dini məsələyə baxışını dəyişir. Ona görə ki, həqiqətin ortaya çıxması üçün bir qapı açır". 

"Meyitin yarılması ilə bağlı nə Qurani-Kərimdə, nə də Peyğəmbər əleyhi salamın hədislərində konkret mövqe yoxdur. Bu son əsrlərin məhsulu olduğuna görə, İslam alimləri də məsələyə ümumi yanaşaraq məsləhətlərini bu cür veriblər", - deyə Ağa Hacıbəyli fikrini yekunlaşdırıb. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO