Vətən müharibəsinin qəhrəmanı XƏRÇƏNGDƏN dünyasını dəyişdi – FOTO

Vətən müharibəsinin qəhrəmanı XƏRÇƏNGDƏN dünyasını dəyişdi – FOTO

Hazırda oxunan: Vətən müharibəsinin qəhrəmanı XƏRÇƏNGDƏN dünyasını dəyişdi – FOTO

114737

Daha bir qəhrəmanımız əbədiyyət yolçusu olub şəhid yoldaşlarına qovuşdu...

Bizim.Media xəbər verir ki, 44 günlük  Vətən müharibəsi qəhrəmanı olan Lerik rayon Siyov kənd sakini Azər Həsən oğlu Bayramov qan xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən Azər Bayramov 44 günlük müharibədə Cəbrayıl, Kəlbəcər, Şuşa uğrunda gedən döyüşlərdə, həmçinin XTQ-nin bir sıra uğurlu əməliyyatlarında şücaət göstərib.

Müharibədən sonra polis orqanlarında leytenant kimi xidmətini davam etdirib. Mərhumun atası Həsən Bayramov da bir ay öncə dünyasını dəyişib.

Qəhrəmanımız dünən doğulduğu Siyov kəndində torpağa tapşırılıb. 

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Azər Həsən oğlu Bayramov "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO