Şəkidə məktəbli – DYP əməkdaşlığı davam edir - FOTO

Şəkidə məktəbli – DYP əməkdaşlığı davam edir - FOTO

Hazırda oxunan: Şəkidə məktəbli – DYP əməkdaşlığı davam edir - FOTO

114699

Şəki Rayon Polis Şöbəsinin, Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə əməkdaşlarının məktəblərdə bu ilin ilk maarifləndirici görüşü keçirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, Qırxbulaq kənd ümumi orta məktəbin ibtidai sinif şagirdləri ilə keçirilən görüşdə qonaqları məktəbin direktoru Araz İsmayılov salamlayıb,  DYP əməkdaşları ilə birgə əməkdaşlıqdan, dostluq münasibətlərindən danışıb.

Bildirib ki, Qırxbulaq kənd ümumi orta məktəbdə piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldilməsinə dair mütəmadi olaraq söhbətlər aparılır. Xüsusən ibtidai sinif şagirdləri ilə belə görüşlərin təşkili mühüm əhəmiyyət kəsb edir.
Daha sonra məktəblilər Dövlət Yol Polisinin inspektoru Tural Niftalıyevin qarşısında hesabat imtahanı verib. Belə ki, balacalar ötən dövrdə yol hərəkətinə dair öyrəndikləri qaydaları, piyadanın vəzifələrini izah edib. Şagirdlər həmçinin yol hərəkəti qaydalarına aid şeir söyləyib, mahnılar səsləndirib, səhnəciklər nümayiş etdiriblər.

Tədbirin sonunda DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai sinif şagirdləri üçün dərs vəsaiti olan "Yol Hərəkəti Əlifbası" kitabı şagirdlərə hədiyyə edilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO